BAKI, 14 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Amerika qüvvələrinin İranın Hörmüz boğazında gəmiçiliyə nəzarətlə bağlı bütün imkanlarını sıradan çıxardığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderinin sözlərinə görə, İrana qarşı növbəti zərbələr bu axşam həyata keçiriləcək.
“Bu axşam onlara zərbə endirəcəyik. Biz onların Hörmüz boğazı ilə bağlı bütün potensialını məhv edirik”, - deyə Tramp bildirib.
O, ABŞ qüvvələrinin konkret olaraq hansı obyektləri hədəfə aldığını və əməliyyatların nə qədər davam edəcəyini açıqlamayıb.