BAKI, 14 iyul. TELEQRAF
İranın Kiş adası ətrafında iki partlayış qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışlar Fars körfəzində yerləşən Kiş adası rayonunda baş verib. Hadisənin səbəbləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Partlayışların hansı obyektlərdə baş verdiyi və onların nəticələri barədə də məlumat verilməyib.