BAKI, 14 iyul. TELEQRAF
Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumatda bölgədə dislokasiya olunan Amerika hərbçilərinin sayının 50 mini ötüdüyü bildirilsə də, onların hansı ölkələrdə yerləşdirildiyi və qoşunların tərkibi barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, ABŞ son günlər İranla gərginliyin artması fonunda Yaxın Şərqdə hərbi fəaliyyətini gücləndirib.