BAKI, 14 iyul. TELEQRAF
"İmişli" klubu "Kəpəz"dən ayrılan qapıçı Yusif İmanovu heyətinə qatıb.
Teleqraf xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.
23 yaşlı qolkiperlə "2+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Yusif İmanov "Sabah" və Kosovonun "Malişeva" komandasında da çıxış edib.