BAKI, 14 iyul. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə cəhd edən iki supertankeri vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, hər iki tanker naviqasiya sistemlərini söndürərək boğazdan keçməyə çalışıb. Bildirilir ki, gəmilər Hörmüz boğazının təhlükəsizlik mərkəzinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb və bölgədə gəmiçiliyin təhlükəsizliyini risk altına salıb.

SEPAH-ın bəyanatında qeyd olunub ki, nəticədə tankerlərə zərbələr endirilib və onlar sıradan çıxarılıb.

Hadisə ilə bağlı tankerlərin mənsubiyyəti, ekipajın vəziyyəti və mümkün itkilər barədə əlavə məlumat verilməyib.