BAKI, 14 iyul. TELEQRAF
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, finala vəsiqə uğrunda Fransa və İspaniya milliləri qarşılaşacaq.
Dallas stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Salvadordan olan baş hakim İvan Barton idarə edəcək.
Bu cütün qalibi finalda İngiltərə - Argentina qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
DÇ-2026, yarımfinal
14 iyul
23:00. Fransa – İspaniya
Baş hakim: İvan Barton (Salvador)
Dallas stadionu
Qeyd edək ki, dünya çempionu iyulun 19-da keçiriləcək final görüşündə müəyyənləşəcəl.