BAKI, 14 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın silah istehsalı imkanlarının böyük hissəsinin sıradan çıxarıldığını iddia edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Newsmax" telekanalına müsahibəsində danışıb.
"Onlar demək olar ki, silah istehsal etmək qabiliyyətini itiriblər. Söhbət istehsal potensialının təxminən 84 faizinin məhv edilməsindən gedir", - deyə ABŞ prezidenti bildirib.
Trampın bu açıqlaması hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və İran rəsmiləri məsələ ilə bağlı münasibət bildirməyiblər.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında hərbi gərginlik yenidən artıb. Vaşinqton Tehranı əldə olunmuş razılaşmaları pozmaqda ittiham etsə də, İran bu iddiaları rədd edərək memorandumu pozmadığını bəyan edib.