BAKI, 14 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin Konqres tərəfindən qəbulunu dəstəkləməyə hazır olduğu bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə CNN Ağ Evdəki adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qanun layihəsi Konqres tərəfindən təsdiqlənərsə, Tramp administrasiyasına Rusiya neftini satın alan ölkələrə qarşı əlavə rüsumlar tətbiq etmək imkanı verəcək.

CNN-in iddiasına əsasən, Ağ Evin bu mövqeyi qanun layihəsinin əsas müəlliflərindən biri olan respublikaçı senator Lindsi Qrehemin ölümündən bir neçə gün sonra formalaşıb.

Qanun layihəsi bu ilin aprelində ABŞ Senatında demokrat və respublikaçı senatorlardan ibarət ikipartiyalı qrup tərəfindən təqdim olunub. Sənədin əsas müəllifləri respublikaçı Lindsi Qrehem və demokrat Riçard Blyumentaldır.

Layihədə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi də nəzərdə tutulur. Sənədə əsasən, Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrin ABŞ-yə ixrac etdiyi mallara 500 faiz həcmində gömrük rüsumu tətbiq oluna bilər.

Hələlik Ağ Ev və ABŞ Konqresi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.