BAKI, 14 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Fars körfəzi regionundakı bütün ərəb ölkələrinin təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton Fars körfəzi ölkələrinin müdafiəsində mühüm rol oynayır və xüsusilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.

Tramp qeyd edib ki, ABŞ bu fəaliyyətinə görə müəyyən kompensasiyanın verilməsini gözləyir.

“Biz Fars körfəzindəki bütün ərəb ölkələrini qoruyuruq və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edirik. Buna görə kompensasiya alacağımıza ümid edirik”, - deyə o bildirib.

ABŞ Prezidentinin hansı ölkələrdən və hansı formada kompensasiya gözlədiyini dəqiqləşdirmədiyi vurğulanıb.