BAKI, 14 iyul. TELEQRAF

İranın cənub sahilində yerləşən Bəndər-Abbas şəhəri yaxınlığında partlayış səsi eşidilib.

Teleqraf xəbər verir ki, hadisənin səbəbi barədə məlumat verilməyib. Partlayışın hansı ərazidə və ya obyektdə baş verdiyi dəqiqləşdirilməyib.

İnsidentin nəticələri, mümkün dağıntılar və ya itkilərlə bağlı hələlik məlumat daxil olmayıb.

İran rəsmiləri hadisəyə dair açıqlama verməyiblər.