BAKI, 14 iyul. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus bir neçə radar sistemini məhv etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, SEPAH-ın bəyanatına istinadən Nour News agentliyi xəbər verir ki, zərbələr nəticəsində Patriot hava hücumundan müdafiə sisteminin radarı, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının hava məkanına nəzarət radarı və C-RAM erkən xəbərdarlıq sistemi sıradan çıxarılıb.

Məlumatda əməliyyatın vaxtı və digər təfərrüatları açıqlanmayıb.