BAKI, 14 iyul. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 13-də ümumi çəkisi 30,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bundan əlavə, iyulun 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 3000 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.