BAKI, 14 iyul. TELEQRAF

"Rusiya və İran işləri əlaqələndirmək və onların irəliləyişini izləmək üçün mövcud birgə layihələr üzrə ixtisaslaşmış işçi qrupları yaratmaq barədə razılığa gəliblər".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyi nazir Sergey Tsivilevlə İran prezidenti Məsud Pezeşkyan arasında keçirilən görüşdən sonra bildirib.

"Əsas məqsəd ölkələrimiz arasında strateji tərəfdaşlığın uğurlu inkişafını təsdiqləyəcək konkret praktik nəticələrə nail olmaqdır", - deyə Tsivilev bildirib.

Tərəflər Rusiya-İran sazişlərinin həyata keçirilməsini və enerji, neft və qaz, sənaye, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və digər iqtisadi sektorlarda əməkdaşlığın inkişafını müzakirə ediblər. Həmçinin BRICS, Şanxay və Xəzər Əməkdaşlıq Təşkilatları və Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində geniş əməkdaşlıq imkanları qeyd edilib.

Pezeşkyan Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin İranın xarici siyasətinin prioriteti olaraq qaldığını və ölkənin ali rəhbərliyi tərəfindən daim dəstəkləndiyini vurğulayıb.