ŞUŞA, 14 iyul. TELEQRAF
"Bu gün qarşımızda duran əsas vəzifə sadəcə dezinformasiyaya qarşı mübarizə aparmaq deyil, həm də etimada sığınmaqdır".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Rabitə üzrə Ali Orqanının (HACA) Prezidenti Lətifə Axarbax IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, media cəmiyyəti parçalamaq üçün deyil, onları bir araya gətirməyə xidmət edir.
"Buna görə də şəffaf mühitin yaradılması çox vacibdir. Birlikdə işləməli, əməkdaşlıq etməliyk. Hər bir ölkə öz tarixi faktlarını gələcək nəsillərə doğru ötürə bilməlidir", - o vurğulayıb.
O əlavə edib ki, araşdırmalara görə, insanların 56%-i xəbərləri əsasən sosial şəbəkələrdən əldə edir:
"Lakin bu xəbərlərin nə dərəcədə doğru olması ciddi suallar doğurur. Bu, qarşımızda duran əsas çağırışlardan biridir".