BAKI, 14 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin nümayəndələrinin harada olduğunu bildiyini iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə amerikalı radio aparıcısı Hyu Hyuitə müsahibəsində danışıb.

Aparıcının İran rəsmilərinin yerləşdiyi məkanların ABŞ-yə məlum olub-olmaması və Amerika, yaxud İsrail hərbçilərinin onlara çata bilib-bilməyəcəyi ilə bağlı sualına Tramp müsbət cavab verib.

“Bəli. Lakin biz bunu müzakirə etmək istəmirik. Şübhəsiz ki, onları izləyirik. Bu barədə çox şey bilirəm, amma hazırda danışmağın uyğun olduğunu düşünmürəm”, - ABŞ Prezidenti bildirib.

Tramp İran rəsmilərinə qarşı mümkün əməliyyatların keçirilib-keçirilməyəcəyinə dair əlavə açıqlama verməyib.