BAKI, 14 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr silsiləsinin başa çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, CENTCOM-un məlumatına görə, əməliyyat təxminən beş saat davam edib.

Komandanlıq zərbələrin hansı hədəflərə endirildiyi, istifadə olunan vasitələr və əməliyyatın nəticələri barədə hələlik əlavə məlumat açıqlamayıb.

***

01:34

ABŞ ordusu İran ərazisinə qarşı növbəti hava zərbələri seriyasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, hücumlar ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə həyata keçirilir.

“Bu gün ABŞ-nin şərq sahili vaxtı ilə saat 16:45-də Mərkəzi Komandanlıq ardıcıl üçüncü gecə İrana zərbələr endirməyə başlayıb”, - CENTCOM-un “X” sosial şəbəkəsində yayımladığı açıqlamada qeyd olunub.

Zərbələrin İranın hansı bölgələrinə və obyektlərinə endirildiyi barədə ətraflı məlumat verilməyib.