BAKI, 11 iyul. TELEQRAF
Fələstinin İsrailin nəzarəti altında olan ərazilərinə səfər edən ABŞ konqresmeni Ro Xanna Xevron şəhərində israilli hərbçilər tərəfindən saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ro Xanna X hesabında məlumat verib.
"Fələstinə səfərim zamanı əllərində Amerika istehsalı olan M4-lər tutan İsrail sakinləri məni və digər amerikalıları saxlayıblar. Onlar böyük bir səhvə yol veriblər. İşğal altında olan fələstinlilərin hər gün necə hiss etdiklərini düşünün'", deyə - Xanna bildirib.
“The New York Times” qəzeti Xannanın ərazini 90 dəqiqə tərk etməsinə icazə verilmədiyini və Fələstin torpaqlarını ələ keçirən israillilərin təhqirlərinə məruz qaldığını bildirib.