BAKI, 27 avqust. TELEQRAF
İsveç hökuməti Ukrayna Sahil Mühafizəsinə Ukraynaya 10 ədəd qayıq təhvil vermək barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, həmin qayıqlar su hövzələrində xilasetmə əməliyyatları, o cümlədən çay yataqlarının minalardan təmizlənməsi üçün istifadə olunacaq.