BAKI, 27 avqust. TELEQRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə ABŞ Prezidenti Donald Trampın yanlış qərarlar qəbul etdiyini söyləyib.

Teleqraf xəbər verir ki, Qalibaf Birləşmiş Ştatların bölgənin gələcəyini riskə atdığını bəyan edib.

Onun sözlərinə görə, İranın iqtisadi mühasirə planı da nəticəsiz qalacaq.

Qalibaf qeyd edib ki, İslamabad Anlaşma Memorandumu əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməli olan məhz Amerikadır.