BAKI, 27 avqust. TELEQRAF
Premyer Liqa təmsilçilərindən “Tottenhem” Ömər Marmuşun transferini rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, London klubu misirli hücumçunu mövsümün sonunadək icarəyə götürüb.
İngiltərə təmsilçisinin açıqlamasına görə, müqavilədə Marmuşun transferinin 58 milyon avro qarşılığında məcburi satınalma şərti yer alıb.
“Tottenhem” 2026-cı ilin yay transfer pəncərəsində fəallığı ilə diqqət çəkən klublardan biridir. London təmsilçisi Markus Senesi, Endryu Robertson, Martin Dubravka, Jan-Pol van Hekke, Mateus Fernandes, Sandro Tonali və Savinyo kimi futbolçuların transferlərinə ümumilikdə təxminən 360 milyon avro xərcləyib.