BAKI, 27 avqust. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin Tehrana qarşı siyasətini parodiya adlandıraraq yeni sanksiyalar paketini tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə İran XİN sözçüsü özünün "X" sosial şəbəkəsində qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton koalisiyasının işlədiyini sübut etmək üçün İranla heç bir əhəmiyyətli iqtisadi əlaqəsi olmayan Bəhreynə müraciət edib.