BAKI, 27 avqust. TELEQRAF
"Qarabağ" klubunun Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə matçının başlanma saatı dəyişdirilib.
Teleqraf xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.
Həlledici görüş saat 20:15-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" səfərdə "Tvente"ni 1:0 hesabı ilə məğlub edib.