BAKI, 11 iyul. TELEQRAF

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, ABŞ müqavilələri pozmağa davam edərsə, Tehran müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Tehran Times" qəzeti məlumat yayıb.

BBMT Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlama verən diplomat qeyd edib ki, İran İslamabadın anlaşma memorandumunu həyata keçirməyə sadiqdir, lakin Vaşinqtonun öz öhdəliklərini tam və vicdanla yerinə yetirəcəyini gözləyir.

İrəvaninin sözlərinə görə, ABŞ tərəfindən pozuntular artarsa, İran artıq özünü müqavilənin şərtlərinə bağlı hesab etməyəcək.

Diplomat həmçinin bildirib ki, ABŞ-nin 7 və 8 iyul tarixlərində İranın cənub adalarına və şəhərlərinə endirdiyi zərbələr BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. O, beynəlxalq ictimaiyyəti Vaşinqtonun hərəkətlərinə və onların regional təhlükəsizlik üçün nəticələrinə diqqət yetirməyə çağırıb.