BAKI, 11 iyul. TELEQRAF
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan və Pakistanın xarici işlər naziri İshaq Dar telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Teleqraf xəbər verir ki, nazirlər ABŞ ilə İran arasında danışıqların bərpasının vacibliyini vurğulayıblar. .
Tərəflər Vaşinqtonla Tehran arasında gərginliyin azaldılmasına və dialoqun bərpasına yönəlmiş vasitəçilik səylərinin dəstəklənməsinə ehtiyac olduğunu vurğulayıblar.
Nazirlər həmçinin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək dinc və hərtərəfli həll yollarının tapılmasının vacibliyini qeyd etdilər.