BAKI, 11 iyul. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Həsən Yalçın Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini üçüncü ölkəyə satacağına dair məlumatları fərziyyə adlandırıb.
Teleqraf xəbər verir ki, H.Yalçın qeyd edib:
"Müxtəlif fərziyyələr müzakirə olunur. S-400 məsələsi F-35 problemi ilə tamamilə əlaqəli deyil. Əgər S-400-ün başqa bir ölkəyə satılması məsələsi yenidən ortaya çıxarsa, Rusiya və alıcı ölkə ilə danışıqlar aparıla bilər. Amma indi bu məsələləri fərziyyələrə əsaslanaraq müzakirə etmək mənasız görünür", - deyə siyasətçi "Habertürk" televiziyasına bildirib.
Daha öncə "Bloomberg" Türkiyənin Rusiyadan aldığı S-400-lərindən imtina edərək ABŞ-nin F-35-lərini almaq istədiyini yazmışdı.
"Hürriyet" qəzeti isə S-400-lərin Fars körfəzi ölkəsinə satıldığı barədə məlumat yayıb.
2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd diviziya S-400 hava hücumundan müdafiə sistemləri alıb. Türkiyə ilə Rusiya arasında alay S-400 sisteminin tədarükü üçün müqavilənin imzalanmasından sonra Ankara ABŞ-ın F-35 qırıcı təyyarələri proqramından kənarlaşdırılıb.