BAKI, 11 iyul. TELEQRAF
Ankara S-400 zenit-raket sistemlərinin üçüncü ölkəyə verilməsi üçün Moskvanın razılığını istəyir. Belə bir addım Türkiyənin Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələrini alması üçün yol açmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Türkiyə rəsmilərinin sözlərinə görə, Ankara son həftələrdə Rusiya ilə danışıqları intensivləşdirib. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə S-400 sistemlərini Moskvaya qaytarmağı təklif etmişdi, lakin bu, dəstəklənməmişdi.
Hazırda Rusiyanın hava hücumundan müdafiə batareyaları Türkiyə ilə silahlansa da, ordu onları idarə etmir. Kreml razılaşarsa, komplekslər hələlik adı açıqlanmayan başqa bir ölkəyə aparılacaq.
Rusiya hələlik məsələyə rəsmi cavab verməyib və Kremlin sözçüsü Dmitri Peskov bunu "son dərəcə həssas mövzu" adlandırıb.
Türkiyə əvvəllər Vaşinqtonla razılığa gəlməyə çalışmış, ABŞ-ın F-35 təyyarələrinin məxfi məlumatlarının sızması ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün öz ərazisində S-400-lərin istismarını izləməsini təklif etmişdi, lakin Ağ Ev bu təklifi rədd etmişdi .
Moskva ilə danışıqlar NATO-nun Ankarada keçiriləcən sammiti ərəfəsində başlayıb və bu sammitdə ABŞ prezidenti Donald Tramp qırıcı təyyarələrin satışına qoyulan qadağanın ləğv edilməsinin mümkünlüyünə işarə edib.
Lakin amerikalı senatorlar artıq bildiriblər ki, komplekslərin sadəcə üçüncü ölkəyə ixracı təhlükəsizlik problemini tamamilə həll etməyə bilər.
Tramp təyyarələrin Ərdoğana satılması ehtimalı barədə deyib: "Hələ ki, dəqiq qərar verməmişəm, amma deməyə meylliyəm ki, baxın, o, hər şeyi edib, bizə bir çox müxtəlif yollarla kömək edib".
Türkiyə 2019-cu ildə NATO müttəfiqləri ilə münasibətlərinin soyuması fonunda Rusiya hava hücumundan müdafiə sistemlərini satın alıb. Ankara bu addımı Vaşinqtonun uzun müddətdir ki, Amerikanın Patriot raket sistemlərini satmaqdan imtina etməsi ilə izah edib.
S-400-ün alınmasına cavab olaraq, ABŞ 2020-ci ildə CAATSA qanununa əsasən Türkiyəyə qarşı sanksiyalar tətbiq edib və ölkəni ən son F-35 qırıcı təyyarələrinin istehsalı və alınması proqramından tamamilə kənarlaşdırıb.
Təsdiqlənməmiş məlumata görə, Ankara Amerika sanksiyalarından qurtulmaq və üçqat fayda əldə etmək üçün Rusiyanın S-400 zenit-raket sistemlərini Fars körfəzi ölkələrindən birinə satmaq niyyətindədir.
Bundan əlavə, bir neçə gün əvvəl Donald Tramp ABŞ-nin Türkiyəyə qarşı sanksiyalarının ləğvini elan etmişdi.