BAKI, 11 iyul. TELEQRAF

ABŞ Dövlət Katibi Marko Rubio Venesuelanın maliyyə sektoruna, təbii sərvətlərinin bölüşdürülməsinə və hökumətin fəaliyyətinə faktiki olaraq nəzarət edir.

Teleqraf xəbər verir ki, belə bir iddia ilə "The New York Times" (NYT) mənbələrə istinadən çıxış edib.

Məlumatlara görə, ABŞ Dövlət Katibi həmçinin Venesuelaya qarşı sanksiyalara nəzarət edir. Ölkədə kimin və hansı şərtlərlə iş apara biləcəyinə qərar verir.

Xüsusilə, Rubio Bolivar Respublikasının prezidenti tərəfindən təyin edilmiş yüksək vəzifəli məmur Delsi Rodriges ilə müntəzəm əlaqə saxlayır.

Onların "WhatsApp" vasitəsilə ispan dilində mesaj mübadiləsi apardıqları iddia edilir. Keçmiş Venesuela müxalifət millət vəkili Mariya Korina Maçadoya gəldikdə isə, nəşr qeyd edir ki, Rubio son aylarda ondan uzaqlaşıb.

Qəzetin məlumatına görə, ABŞ lideri Donald Trampın mümkün varis kimi gördüyü Rubionun siyasi gələcəyi ABŞ-nin Venesuelaya qarşı siyasətinin uğurundan asılı ola bilər.