BAKI, 11 iyul. TELEQRAF

Böyük Britaniya 2026-cı ildə üçüncü istilik dalğası ilə üzləşib.

Teleqraf xəbər verir ki, "The Guardian" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, yüksək temperaturun - 34°C və ya daha yuxarı olacağı gözlənilir. Bu da 1976-cı ildən bəri Britaniyada ən uzun isti dalğa hesab edilir.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin istilərlə bağlı xəbərdarlığı ölkənin bütün bölgələrini əhatə edir.

Anomal temperatur digər Qərbi Avropa ölkələrində də müşahidə edilir. İyulun 10-da "Le Monde" qəzeti Fransada iyulun 4-də üçüncü istilik dalğasının başlaması barədə xəbərdarlıq edib. Ölkədə yüksək temperaturun iyulun 16-dək davam edəcəyi gözlənilir.