BAKI, 3 iyul. TELEQRAF
Litva vətəndaşı Karolis Peçkauskas İrlandiyanın Qoluey şəhərində məscidə terror hücumu planında iştirakını etiraf edib.
Teleqraf xəbər verir ki, 39 yaşlı təqsirləndirilən şəxs Dublin şəhərindəki Xüsusi Cinayət Məhkəməsində etiraf ifadəsi verib. Məhkəmə işlərə münsiflər heyətinin iştirakı olmadan baxır. O, İrlandiya qanunvericiliyinə əsasən terror cinayəti törətməyə cəhddə günahını etiraf edib.
İstintaqa görə, məscidə hücum 4-5 noyabr 2025-ci il tarixləri arasında planlaşdırılıb. Cinayət nifrət aktı kimi təsnif edilib.
Digər iki təqsirləndirilən şəxs, Darren Gorman və Gareth Pollock da daha öncə günahlarını etiraf etmişdilər.
Digər təqsirləndirilən şəxs Çarles Flinn, özünü günahsız hesab edir və onun işinə 20 iyulda baxılacaq.
Peçkauskas, Qorman və Pollok oktyabrın 5-də məhkəmə qarşısına çıxacaq və barələrində hökm oxunacaq.
Təqsirləndirilən Litva vətəndaşları ötən ilin noyabrında həbs ediliblər. O zaman onların avtomobilində partlayıcı maddələr tapılıb.