BAKI, 28 avqust. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətinin istefası haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, yeni seçilmiş Qazaxıstan Qurultayı (parlament) qarşısında hökumətin səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar olaraq, mövcud hökumət yeni tərkib təsdiqlənənə qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Fərman imzalandığı gündən qüvvəyə minib.