BAKI, 28 avqust. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Yaroslavl vilayətində neft emalı zavoduna dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev hücumu təsdiqləyərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə regionda dron təhlükəsi elan edildiyini bildirib.