BAKI, 28 avqust. TELEQRAF

GƏNCƏ, 28 avqust. TELEQRAF

Gəncədə 78 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, 1948-ci il təvəllüdlü Zakir Həsənov yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.