BAKI, 28 avqust. TELEQRAF
Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olub.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Gədəbəydə 20 (aylıq normanın 37%-i), Qusarda 5, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Neftçala və Culfada 18 m/s-dək güclənir.
Qrız, Şahdağda duman müşahidə olunur.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 38, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.