AĞDAŞ, 28 avqust. TELEQRAF

Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Əmirarx kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb. "Mercedes atego" markalı iki TIR toqquşub.

Qəza nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 46 yaşlı Cabbar Cabbarov ölüb.

Hadisə yerinə Dövlət Yol Polisi (DYP), Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.