BAKI, 3 iyul. TELEQRAF

Bu gün axşam saatlarında Ankarada Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin NATO sammiti zamanı qalacağı "JW Marriott" otelinin qarşısındakı binada yanğın baş verib.

Teleqraf Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın tez bir zamanda söndürülüb. Hadisənin səbəbi hələ müəyyən edilməyib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Yerli medianın məlumatına görə, "JW Marriott" otelində otaqların satışı 1 iyuldan 10 iyula qədər dayandırılıb.

NATO-nun Ankara sammiti 7-8 iyul tarixlərində gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək. Sammitin təhlükəsizliyinə 7 min şəxs cəlb olunub. Ankarada 30-dan çox küçə tamamilə bağlanacaq, on əsas magistral yolda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq ediləcək.

NATO sammitində 32 üzv ölkədən təxminən 6000 rəsmi nümayəndənin və 10 qeyri-üzv dövlətin liderinin iştirakı gözlənilir. Türkiyə paytaxtında 6-12 iyul tarixləri arasında xüsusi rejim qüvvədə olacaq.