BAKI, 3 iyul. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Görüşdə Prezident Ərdoğan Türkiyə ilə İtaliya arasında bütün sahələrdə, xüsusən də müdafiə sənayesində əməkdaşlığı gücləndirmək üçün çalışdıqlarını və münasibətləri sürətləndirmək üçün yeni addımlar atmağın da vacib olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyədə keçiriləcək NATO Liderlər Zirvə Toplantısının müttəfiqlər arasında əlaqələri gücləndirəcəyinə ümid etdiyini bildirib.