BAKI, 3 iyul. TELEQRAF

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4310 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2 martdan bəri İsrail hücumlarında ölənlərin sayı 4310-ə çatıb, 12199 nəfər isə yaralanıb.

Atəşkəslə bağlı razılaşmaya baxmayaraq, İsrailin Livana hücumları davam edir.