BAKI, 3 iyul. TELEQRAF
Tehranın Ənqelab meydanında İranın mərhum Ali Lideri Əli Xameneinin şərəfinə abidə ucaldılıb.
Teleqraf xəbər verir ki, yumruq formasında olan abidə İranın birliyini simvolizə edir.
İran və ABŞ-nin hücumları nəticəsində həlak olan siyasi, dini və hərbi xadimlərin fotoları paytaxtın divarlarından asılıb.
İyulun 4-dən 5-dək mərhum liderin cənazəsi Tehranın Mosallah şəhərində (İran paytaxtındakı ən böyük dini və ictimai kompleks) dəfn olunacaq. İyulun 6-da Tehranın əsas küçələri boyunca dəfn mərasimi keçiriləcək, bundan sonra cənazə ölkənin əsas dini mərkəzi olan Quma aparılacaq və 7 iyulda dəfn mərasimi keçiriləcək. İyulun 8-də Xameneinin cənazəsi qonşu İraqa göndəriləcək, orada Kərbəla və Nəcəfdə yerli şiə müsəlmanları üçün ayrıca vida mərasimləri keçiriləcək. Dəfn mərasimi iyulun 9-da onun doğma şəhəri Məşhəddə olacaq.