BAKI, 3 iyul. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, tərəflər telefon danışığı zamanı ABŞ və Çin arasında konstruktiv münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.

Açıqlamada qeyd olunub ki, Marko Rubio iki ölkə arasında strateji sabitliyi təmin edən münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.

“Dövlət katibi Rubio Prezident Donald Trampın müəyyən etdiyi yanaşmaya uyğun olaraq, ədalət və qarşılıqlılıq prinsiplərinə əsaslanan, strateji sabitliyi təmin edən konstruktiv münasibətlərin qurulmasının əhəmiyyətini müzakirə edib”, - sənəddə bildirilib.

Telefon danışığının digər detalları açıqlanmayıb.