BAKI, 28 avqust. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Qurultayın (parlament) sədri vəzifəsinə öz administrasiyasının keçmiş rəhbəri və hakim “Adilet” partiyasının lideri Aybek Dədebayın namizədliyini irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Xatırladaq ki, iyulun 1-də Qazaxıstanda ikipalatalı parlamentdən birpalatalı parlamentə - Qurultaya keçidi nəzərdə tutan yeni konstitusiya qüvvəyə minib.
Kasım-Jomart Tokayevin partiyası avqustun 23-də Qurultaya ilk seçkilərdə səslərin 71,17 faizini toplayaraq qalib gəlib.