BAKI, 28 avqust. TELEQRAF
“Hələ də ABŞ ilə danışıqlara qayıtmaq mümkündür, amma Vaşinqton bunun üçün İrana təzyiqdən əl çəkməlidir”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Diplomatiyanın konstruktiv məcraya qayıtması tamamilə mümkündür. Bunun üçün ABŞ bir sadə faktı qəbul etməlidir: təzyiq işə yaramır”, - nazir bildirib.
Əraqçi ABŞ administrasiyasını hörmətlə dialoq aparmağa, İranın hüquqlarını tanımağa və öhdəliklərinə əməl etməyə çağırıb.