BAKI, 3 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna tərəfi son günlər ABŞ nümayəndələri ilə təmaslarını davam etdirir.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov son iki gün ərzində ABŞ Prezidenti Donald Trampın kürəkəni və amerikalı danışıqlar aparıcısı Cared Kuşner ilə görüşlər keçirib.
“Rüstəm Umerov və Donald Trampın kürəkəni Cared Kuşner son iki gün ərzində danışıqlar aparıblar”, - Zelenski deyib.
Ukrayna lideri görüşlərin məzmunu barədə əlavə məlumat verməyib.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirmişdi.