BAKI, 3 iyul. TELEQRAF

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

Teleqraf xəbər verir ki, Yılmaz həmçinin İran prezidenti Məsud Pezeşkianla da görüşəcək.

Görüşdə iki ölkə arasındakı münasibətlər də müzakirə olunacaq.

28 fevralda İsrailin hücumu nəticəsində həlak olan İranın sabiq dini lideri Əli Xamenei dörd aydan sonra dəfn olunacaq.