BAKI, 2 iyul. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress strateji bombardmançıları Böyük Britaniyadan çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, altı B-52 bombardmançısı iyulun 1-də iki qrup şəklində İngiltərədəki Feyrford aviabazasını tərk edib.
Məlumata əsasən, həmin təyyarələr İran ərazisinə endirilən zərbələr zamanı istifadə olunub.
Bununla belə, portal qeyd edir ki, B-52-lərin Böyük Britaniyadan çıxarılması ABŞ-nin zərurət yaranacağı təqdirdə İrana qarşı hücumları bərpa etmək imkanlarını məhdudlaşdırmır.
Hazırda İngiltərənin cənub-qərbində yerləşən bazada 12 ədəd B-1 Lancer strateji bombardmançısı qalır. Bundan başqa, Vaşinqton ABŞ ərazisində yerləşdirilmiş B-52, B-1 və B-2 bombardmançılarından da istifadə edə bilər.