BAKI, 27 iyun. TELEQRAF
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri ABŞ-ni atəşkəs rejiminə və danışıqlar prosesinə sadiq qalmamaqda ittiham edib.
Teleqraf xəbər verir ki, "Al Jazeera" telekanalının məlumatına görə, iranlı deputat ABŞ Prezidenti Donald Trampın nə danışıqlara, nə də atəşkəs rejiminin qorunmasına sadiqlik nümayiş etdirdiyini bildirib.
O, həmçinin xəbərdarlıq edib ki, ABŞ tərəfindən atəşkəsin hər hansı düşünülməmiş pozuntusu Vaşinqton üçün geri çəkilmə və peşmanlıqla nəticələnəcək.
Bəyanat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı yeni zərbələri təsdiqləməsindən sonra səsləndirilib. Komandanlıq həmin hücumların Hörmüz boğazından keçən ticarət gəmisinə qarşı həyata keçirilmiş hücuma cavab olaraq endirildiyini açıqlayıb.
Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla atəşkəs razılaşmasına əməl etdiyini, lakin istənilən zorakılıq aktına güc tətbiq etməklə cavab verəcəyini bildirmişdi.