BAKI, 26 iyun. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi və dəstəyi nəticəsində Livan və İsrail hökumətləri arasında çərçivə sazişi imzalanıb.

Teleqraf xəbər verir ki, imzalanma mərasimi ABŞ Dövlət Departamentində baş tutub.

Sazişdə Hizbullahın tərkisilah edilməsi, yeganə hərbi gücün Livan ordusu olması və İsrailin ölkə ərazisini tərk etməsi nəzərdə tutulub.