BAKI, 25 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurma zamanı NATO-nun Avropadakı müttəfiqlərinin Vaşinqtona lazımi dəstəyi vermədiyini bildirib.
Teleqraf xəbər verir ki, ABŞ lideri bu fikirləri Ağ evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı səsləndirib.
"Bizi məyus etdilər. Bu məsələdə onların köməyinə ehtiyacımız yox idi. Amma yaxşı olardı ki, 'Biz kömək etmək istəyirik' desəydilər. Onlar bunu demədilər", - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton NATO üzrə müttəfiqləri olan İtaliya, Böyük Britaniya, Almaniya, Fransa və İspaniyanın mövqeyindən narazıdır.