BAKI, 22 iyun. TELEQRAF

İsveçrənin Bürgenstok şəhərində ABŞ və İran arasında keçirilən yüksək səviyyəli danışıqlar başa çatıb.

Teleqraf xəbər verir ki, Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutan və 18 saat davam edən müzakirələrdən sonra İran nümayəndə heyəti Tehrana yola düşüb.