BAKI, 17 noyabr. TELEQRAF

“Bu gün Maskat şəhərində Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi və İran xarici işlər naziri Abbas Əraqçi ilə üçtərəfli görüş keçirdik”.

Teleqraf xəbər verir ki, bunu sosial şəbəkədə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov yazıb.

“Danışıqlar zamanı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və mövcud tranzit potensialından səmərəli istifadə məsələlərini müzakirə etdik. Həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq, mövcud gərginliyin diplomatik vasitələrlə aradan qaldırılmasının və tərəflər arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğuladıq.

Praktiki əməkdaşlığın daha da genişləndirilməsi, mövcud imkanların reallaşdırılması, eləcə də regionumuzda sülhün, sabitliyin və inkişafın təmin olunması istiqamətində birgə səylərin ardıcıl şəkildə davam etdirilməsi barədə razılığa gəldik”, - Saidov bildirib.