BAKI, 9 iyun. TELEQRAF
ABŞ münaqişə nəticəsində dağıdılmış İran infrastrukturunun bərpasında iştirak edəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "ABC News"-a verdiyi müsahibədə bildirib.
"Kimsə bütün bu infrastrukturu, yeni körpüləri, yeni fabrikləri tikməli olacaq. Bilirsiniz, onlar bir trilyon dollardan, bəlkə də daha çoxdan danışırlar. Ona görə də biz, ehtimal ki, bərpa işlərində iştirak edəcəyik", - Tramp qeyd edib.